«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstanın paytaxtı Afina şəhərinin yaxınlığında baş vermiş yanğın 2 mindən artıq yaşayış binasına ziyan vurub. «Associated Press» agentliyinin məlumatına görə, alov 500 evi tamamilə dağıdıb.
KİV-in məlumatına görə, 86 nəfər yanğının qurbanı olub. Alov, Afina şəhərinin 40 kilometrliyində yerləşən Mati kəndini tamamilə dağıdıb.
Ölkə hakimiyyəti yanğının qəsdən törədildiyini istisna etmir. Polis araşdırma aparır.
«Biz, ciddi mənbələrin verdiyi xəbərlər əsasında araşdırma aparırıq» - deyə, vətəndaşların müdafiəsi işləri üzrə nazir Nikos Toskas bildirib.


Şərhlər