Menu

Meşə yanğını Kaliforniyada 500 evi məhv edib

29.07.2018, 20:34
Meşə yanğını Kaliforniyada 500 evi məhv edib

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerikanın Kaliforniya ştatının şimalındakı Şasta dairəsində təbii yanğın 500 evi iəhv edib, 75 evə isə ziyan vurub.

Bu barədə ştatın meşə təsərrüfatı və yanğından müdafiə departamenti xəbər verib. Departamentin məlumatına görə, indiki vəziyyətə yanar sahə 19,5 min hektar təşkil edir, bunun 5 faizində isə yanğın lokallaşdırılıb.

Bundan əvvəl, Kaliforniya və Oreqon ştatlarının sərhədində baş vermiş təbii yanğın nəticəsində 2 nəfərin həlak olduğu xəbər verilmişdi. Ştatın 3 dairəsində fövqəladə vəziyyət elan olunub, 12 min sakinin isə evakuasiya olunduğu xəbər verilmişdi.

Yanğınsöndürənlər alovun əhatə sahəsinin genişlənməsinin qarşısını almaq üçün gücləndirilmiş rejimdə işləyirlər. Ümumilikdə, 2 mindən artıq personal, 328 yanğınsöndrən «qrup» və 17 vertolyot hərəkətə gətirilib. Yanğın rayonunda yollar bağlanıb, ətraf yaşayış məntəqələrində 10 minlərlə sakinin, o cümlədən, Reddinq şəhərinin inzibati mərkəzində yaşayanların mütləq evakuasiyası elan olunub. Sakramento Milli meteoroloji xidmətinin məlumatına görə, peykdən çəkilmiş şəkillər göstrir ki, yanğının tüstü şelfi 9 kilometrdən yüksəyə qalxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol