Menu

İsrail Rəfah şəhərini bombardman etdi

29.07.2014, 09:07
İsrail Rəfah şəhərini bombardman etdi

İsrail aviasiyası Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hava zərbələri endirib.

APA-nın France-Presse agentliyinə istinadən verdiyi xəbərə görə, üçmərtəbəli evin dağılması nəticəsində 7 nəfər həyatını itirib. Onlardan beşi qadın, bir isə uşaqdır.

İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 1092-yə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol