Menu

“BRİKS-2018” 

30.07.2018, 11:15
“BRİKS-2018” 

Cənubi Afrika Respublikasında (CAR) keçirilən BRİKS sammitində üzv ökələr - Braziliya, Rusiya, Hindistan, Çin və CAR-dan başqa müşahidəçi qismində Türkiyə, Misir, Argentina və İndoneziya da iştirak edib.

Əgər alıcılıq qabiliyətinə görə götürsək, onda BRİKS-ə daxil olan ölkələrin iqtisadi böyüməsi “G7”-nin iqtisadi böyüməsinin 124 faizini təşkil edir. Lakin buna baxmayaraq Qərb KİV-lərinin sammitə olan diqqəti yüksək deyil. Düzdür, son üç ildə BRİKS-in iqtisadi böyümə sürətində ləngimə yaşanır, çünki Braziliya və Cənubi Afrika Respublikası iqtisadi və siyasi böhran keçirirlər. Ancaq Rusiya, əksinə, 2014-2016-cı illərdə yaşadığı böhrandan çıxıb, Hindistan və Çindəki iqtisadi böyümə isə davam edir. Hal-hazırda bu ölkələr institutlar yaradaraq və siyasi əlaqələri möhkəmləndirərək durmadan inkişaf edirlər. Və bütün buların hamısı Qərb və ABŞ-ın nəzarət etdiyi sistemdən tamamilə kənarda baş verir. 2018-ci ildən başlayaraq BRİKS-in diqqəti aşağıdakı mövzulara yönələcək:

1. İkitərəfli ticarət aparılması istiqamətində yeni valyuta mexanizminin yaradılması. Keçən il Çinin Syamen şəhərində keçirilən sammitdə BRİKS üzvləri dollardan asılılıqdan qurtularaq müstəqil olmağın yolları barədə müzakirə aparmışdılar. Bu il həmin mövzu daha mühümdür. Müzakirə olunan qərarlar arasında dollar əvəzinə milli valyutalardan istifadə edilməsi və ya ticarət etmək üçün yeni valyuta səbətinin yaradılması xüsusi yer alır.

2. BRİCS+ davam edir. Hindistan BRİKS-in genişlənməsinə bir qədər şübhə ilə yanaşır, çünki gec və ya tez Pakistan da bu təşkilata daxil ediləcək. İndi hər iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı ilə bir masa arxasında əyləşirlər. Bu ilki görüş dörd mühüm müşahidəçi sayəsində genişlənib və bu BRİKS-in gələcək istiqamətini göstərir.

3. PanAfrika istiqaməti. Şanxay Əməkdaşlıq Təşkilatı sayəsində Çin və Rusiya BRİKS-in Avrasiya perspektivini inkişaf etdiriblər. Amma indi PanAfrika perspektivi də meydana gəlib. Bu görüş Nelson Mandelanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilir və Çənubi Afrika Respublikası bundan qitədə öz rolunu möhkəmləndirməkdən ötrü istifadə edir. Çinin Afrikada artıq bir sıra meqalayihələri var və bundan sonra onların sayı daha da artacaq. Əgər BRİKS+də Misir də olacaqsa, onda bu təşkilata Nigeriyanın da qoşulma ehtimalı artır. Bu isə təşkilatda Afrikanın üç böyük iqtiadiyyatının olacağı anlamına gəlir.

(Steigan.no – Norveç)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol