Menu

Hesablama Palatası 232 halda nöqsan müəyyən edib

30.07.2018, 13:06
Hesablama Palatası 232 halda nöqsan müəyyən edib

Azərbaycan Hesablama Palatası tərəfindən 232 halda nöqsan müəyyən edilib.

“Report” bu barədə Azərbaycan Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumata istinadən xəbər verir.

Təhlillər göstərrir ki, büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. Bu nöqsanlarla yanaşı dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 mln. manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.

Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil etdib.

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3%-i 2016-ci ilə, 55,3%-i 2017-ci ilə aid olub, 0,3%-i 2018-ci ili və qalan 2,1%-i isə 2011-2015-ci illəri əhatə edib.

Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə edib.

Əhatə edilmiş vəsaitin 96,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.

Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin 14-ü Bakı şəhərində, 3-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.

Şərhlər

Cəmşid 2018-07-30 13:06:27

Büdcədən maliyyələşən Nazirlik və komitələrin fonunda ölkə büdcəsinin talan edilməsi və nəticə də ayrılmış vəsaitlərin təyinatına yönləndirilməməsinin qarşılığında Büdcə Hesablama Palatasının bu absurt və cılız hesabatı gülünc doğurur. hansı ki, Büdcə Hesablama Palatasının əsasnaməsi ilə ona verilmiş səlahiyyətlər hər kəsə dur deməyə yetər Sadəcə bunu deməyə az da olsa cəsarət olsun. O da görünən o ki, yoxdur.

Vahid 2018-07-30 13:06:27

Nöqsan.yoxsa cinayət? Axı bunlar ayrı-ayrı şeylərdir.Bəs nəticəsi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol