Menu

Azərbaycanlı millət vəkili - “Nazir üzr istəməlidir!”

31.07.2018, 00:10
Azərbaycanlı millət vəkili - “Nazir üzr istəməlidir!”

Təhsil naziri üzr istəməlidir .

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri ölkənin təhsil naziri Məhəmməd Bəthayinin şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə işlətdiyi ifadələrə cavab olaraq deyib.

“Həssas bir nazirliyə rəhbərlik edən şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, - T.Kəbiri bildirib.

Qeyd edək ki, iyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol