Menu

Qəbələdə Nohur göldə bir nəfər batıb

31.07.2018, 17:32
Qəbələdə Nohur göldə bir nəfər batıb

Qəbələdə Nohur göldə bir nəfər batıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol