Menu

Deputatdan qiymət artımına REAKSİYA - "Burada şou yaratmağa ehtiyac yoxdur" 

31.07.2018, 18:50
Deputatdan qiymət artımına REAKSİYA - "Burada şou yaratmağa ehtiyac yoxdur" 

Milli Məclisin deputatı Rüstəm Xəlilov Tarif Şurasının metro və avtobuslarda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirib.

R.Xəlilov "Ölkə.Az"a açıqlamasında deyib ki, bu qərara normal yanaşmaq lazımdır:

"Burada şou yaratmağa ehtiyac yoxdur. Tarif Şurası baxıb, müzakirə edib və müvafiq qərar qəbul edib. Burada qeyri-adi nə isə yoxdur. Bir çox ölkələrdə bu cür qərarlar verilir".

Deputat sərnişindaşıma nəqliyyatında olan qiymət artımının digər sahələrə təsir göstərməyəcəyini söyləyib:

"Bu qərarın digər sahələrdə də qiymət artımına gətirəcəyi ilə bağlı səslənən fikirləri düzgün qəbul etmirəm. Bu cür düşünmək doğru deyil. Tarif Şurasının qərarı normaldır. Bu, dünyanın hər yerində olur. Eyni zamanda Azərbaycanda da ola bilər".

Şərhlər

Mahmud 2018-07-31 18:50:39

Estoniyada ictimai neqliyyat pulsuz olub. Utanmazsınız, çunki seçki ile yox, protokolla deputat olmusunuz.

Fred 2018-07-31 18:50:39

Esl şoumen deputatlardı......

Oqtay 2018-07-31 18:50:39

Bu metro o qədər pulu neynəyir 3 milyonu Covdarov aparırdı daha aparmayacaq bəs onda neynəyirlər o pulu?

o.b.n 2018-07-31 18:50:39

Fransızlar deyirlər ki,bütün millətlər öz seçdiklərinə laiqdirlər.Yəqin bizdə özümüzə laiqin seçəcəyik.Bizdə estonlar kimi yaşamağa haqqımız var.Bizimdə deputatımız olacaq o da məsələ qaldıracakı 40 milyon ton neft,10 mil.kub qazın sahibi olan ölkənin içtinmai nəqliyatı nefti-qazı olmayan ölkələrdən ucuz olsun,hələ Fe,Au,Al,Cu, NaCl demirəm..

Sirxan 2018-07-31 18:50:39

Maraqlıdır, bu "millət vəkilini" tanıyan var? Oturub xalqa nəqlıyyatdakı 50% qiymət artımını müzakirə etməməyi tövsiyyə edir . Bu "ağıllı " tövsiyyəcinin nəzərinə catdırıram ki, nefti–qazı olmayan Estoniyada ictimai nəqıiyyat sabahdan pulsuzdur !

Vətəndaş 2018-07-31 18:50:39

Görəsən bu "deputat" mətbuat oxuyur? Biirmi ki,Estoniyada ictimai nəqliyyatı hökumət pulsuz edib.Axı Estoniyada neft,qaz yoxdur.Maaşları da bizdəkindən çox yüksəkdir.Niyə maaşlar müqayisə ediılmir?Utanırlar,yoxsa bilə-bilə danışmırlar.Niyə maaşla tarif şurası və ya hökumət məşğul olmur?

Abit 2018-07-31 18:50:39

Sen ne danışdığının ferqindesenmi?canımı qoymuşam bu müsteqillik üçün,vuruşmuşam, ölkemde normal yaşamaq üçün.Senin xarici görünüşün eladı,lakin danışığın qüduludu.Senin nece seçilmeyinde gözümüzün qarşısında olub.Camaatla oynamayın.Esebler tarıma çekilib

Obyektiv 2018-07-31 18:50:39

.. Shou ise bele olmurdu.. onu daha chox insanlari choxdan bezdiren tele-verilishlerde ve bezi (dashlashmish) memurlarin "yanashmalari"nda gormek mumkundur!.. Bele sixici hallarla insanlari bu qeder narazi salmaq lazim deyildi! ((

Vətəndaş 2018-07-31 18:50:39

Deputat xalq tərəfindən seçilmədiyindən,xalqa xidmət etməyir.Bundan başqa deputatın köməkçisi,xidməti maşını, sürücüsü,yüksək əmək haqqısı,kommersiya sahələri və s..yalnız özlərini düşünürlər....?

Obyektiv 2018-07-31 18:50:39

Maraqlidir, sizde heyat yuklu meseleleri ve ya evdeki (vacib) eshyalarin (muhumlerini) ixtisara salirsiniz goresen?! ) Ay yoldash, bir chox olkeler ne qerar verib, bunun daxili veziyyete (bitmek bilmeyen bir behane ile..) ne elaqesi var axi?! O olkelerde (bele hallarda) azindan indeksasiya mexanizmi var ve ya (uygun) mevacib artimlari olur.. Bes o halda burasini niye demirsiniz?.. Insan ne qeder (azindan vacib) yerlere getmeye, qaz ve ishiqdan istifade etmeye mecburdu.. bunun her defesini hesablamisiniz?..

Müfəttiş 2018-07-31 18:50:39

Belə deputatımız da var imiş....

rövşən 2018-07-31 18:50:39

Gəlin yaxşı şeylərdən danışaq (biz düzələn deyilik...).
indice Şəhriyar Məmmədyarova Karlsenə şahmatda qalib gəldi. Saytlarımızda bu barədə heç nə yoxdur, halbuki fəxr ediləsi məsələdir

Kasıb 2018-07-31 18:50:39

Anti millət vəkilləri anti millət qanunları qəbul edirlər. Milyardları yeyirsiniz atırsınız heç olmasa hər sahədə qiymətləri qaldırmayın qoyun millət acından ölməsin heç olmasa çörək pulu tapa bilsinlər. Ərzaq mafiyası əarzaqın qiymətini lazım olandan 3-4 dəfə artıq qaldırdılar. O biri mono polistlər də başqa sahədə qiymətləri qaldırır. Allahdan qorxmursunuz? Vallahi qan qusacaqsınız. Millətə qarşı bu qədər qəddar olmayın. Yazığıq. Sizdə bizim qanımızdan varmı? Varsa niyə belə edirsiniz?

vetendash 2018-07-31 18:50:39

Ne hokumetin,ne tarif shurasinin, ne de milletin senin yersiz ve dayaz shehrine ehtiyaci yoxdur,ay "milletin vekili."Ureyin dolu olanda sesiyalardaki muzakirelere qatilsan daha yaxshi olar.

Elkhan Khalilov 2018-07-31 18:50:39

Baki Metropoliteninin rəhbərliyi müdrikcəsinə hesablayıb ki,bir sərnişinin daşınması bunlara 47 qəpiyə başa gəlir.Oxuyub çox kövrəldim! Gör bu "politen"nə boyda ziyana düşüb!!! Təklif edirəm ki,əziz və hörmətli Tarif Şuramız gediş haqqını 1 manat 47 qəpiyə qaldırsın.47 qəpik mayası,1 manat "cibişdan".Millətə isə çoxlu musiqi verin,millət oynaq millətdi.

Elkhan Khalilov 2018-07-31 18:50:39

Deputat havayı yemekden boynu dönməyəndə...

Rəhim Qaziyev 2018-07-31 18:50:39

Hörmətli Azər bəy,siz dediyiniz, deputatın xalq tərəfindən seçildiyi ölkələrə aiddir.Bizdə isə deputatı təyin edirlər.O, təyin olunmuş deputat da onu təyin edınlırə qul kimi xidmət edir.O açıqlamanı verən deoutatin sifətinə baxsanız sizə nə demək istədiyim aydın olar.Bəy, bu sifət sahibi zəhmətkeş xalq barədə düşünə bilməz,düşünmək istəməz,düşünmür də!!!

azər 2018-07-31 18:50:39

deputat hökümətin deyil, xalqın təmsilçisi olmalıdır..bunun bax elə bu halda olduğu kimi tərsi baş verdikdə deputat bir bürokrat-məmur olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol