Menu

NATO təliminə qatılan Azərbaycan hərbçilərinin sayı açıqlanıb

01.08.2018, 13:54
NATO təliminə qatılan Azərbaycan hərbçilərinin sayı açıqlanıb

"NATO-nun Gürcüstandakı "Layiqli tərəfdaş 2018" təliminə Azərbaycanın 35 hərbçisi qatılıb".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə təlimdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, kapitan Ruslan Əhmədov bildirib.

O deyib ki, azərbaycanlı hərbçilər təlimin bütün mərhələlərində tam tərkibdə iştirak edəcək: "Hərbçilərin 1 tağımı ərazidə, 4 zabit isə qərargahlarda təlimdə iştirak edəcək"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol