ŞOK: XANƏNDƏLƏR QƏZADA ÖLMƏYİB! - Biri qətlə yetirilib, digəri oğurlanıb! 

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub. Bərdə Rayon Prokurorluğundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda "Mercedes" markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.

Onu da qeyd edək ki, sənət yoldaşı olmaqdan əlavə, mərhum Novruz Hüseynov (3 may-1990) və Miriyusif Mirizadə (30 iyul-1989) çox yaxın dost olublar.

Facebook-da 3 ay öncə Novruzu doğum günü münasibəti ilə təbrik edən MiriYusif aşağıdakı məktubu yazıb:

***

2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşüblər. Hər iki gənc xanəndə dəhşətli qəza zamanı həlak olublar.

Qəzada faciəvi şəkildə dünyasın dəyişən Novruz Hüseynovdan fərqli olaraq Miriyusif Mirizadə ailəli idi. Onun bu yaxınlarda övladı dünyaya gələcək. /milli.az

[gallery columns="2" size="full" ids="440328,440329"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar