Ermənistanın yeni hökuməti Rusiyanın sərt mövqeyi və Kremldən ard-arda gələn bəyanatlar qarşısında geriyə addım atmağa məcbur olub.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, baş qərargahı Moskvada yerləşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) saytında bu qurumun Yerevanda həbsdə olmuş baş katibi Yuri Xaçaturovun Rusiya paytaxtına gəldiyi və öz səlahiyyətlərinin icrasına başladığı bildirilir.
KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov da bu məlumatı təsdiqləyərək əlavə edib ki, avqustun 4-dən təşkilatın Ermənistandan olan baş katibi Moskvaya gələrək öz vəzifələrinin icrasına başlayıb.
Ermənistanın Xüsusi Təhqiqat Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilir ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nin baş katibi həbs edilib, sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxılıb. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Xaçaturovun həbsdən azad edilməsi Moskvanın kəskin bəyanatlarından sonra baş verib.


Şərhlər
ermənistan Rusiyaya tərəf gəlməyəcək.Rusiya,tədricən ermənistandakı
hərbi bazasını işğal etdiyi Dağlıq Qarabağ ərazilərinə keçirəcək.Bu ərazilərdə yezuitstan adlı bir dövlət yaratmağa çalkışacaq..
EWWI BOW BOW WEYLERLE MILLETIN BAWINI QATMAYIN,DEYIN GOREK LAZIM HARADADIR,IRAVANI HANSI RAKETLE VURACAQIQ ,NAQILI DAVAM ETDIRIN,HE SURETLI INKIWAFI YADDAN CIXARMAYIN,GOPCULAR PARTIYASININ GECLERI NE FIKIRLEWIR...BABAYANIN NEVESI NAIL INDI HARADA DINCELIR,QAJQINLARIN EPPEY PULUNUN HESABINA YEAIN KI,XARICDEDI...,,QENERAL,,NOVRUZELINDE OQLUNU BURAXIN GETSIN....S NIM,KEYF ELEYIN EWDER OL CANI