«Kletçatka» (sellüloza) ilə zəngin olan ərzaqlardan mütəmadi istifadə stressin orqanizmə təsirini aşağı sala bilir. «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Korkedəki İrlandiya milli universitetinin alimlər qrupu bu nəticəyə gəlib.
Kletçatka qida komponentidir və insan orqanizminin həzm prosesində həll olunmur, amma bağırsaqların faydalı mikroflorası tərəfindən emala məruz qalır. Onun digər adı da sellülozadır (polisaxarid) ki, tam hidrolizə məruz qaldıqda qlükoza əmələ gətirir. O, hüceyrə divarlarının əsasını təşkil edir və bitki orqanizmlərinin əksəriyyətinin tərkibinə daxil olur.
«The Journal of Physiology» nəşrində dərc olunmuş məqalədə qeyd olunur ki, son vaxtlar bir çox araşdırmaçılar bu nəticəyə gəlirlər ki, müxtəlif stress pozuntuları, o cümlədən, yüksək həyəcan, depressiyalar və bakteriyalar vasitəsilə qıcıqlanmış bağırsaq sindromu qarşılıqlı əlaqəlidir.
Üstəlik də xroniki stress bağırsaq divarlarının tükənməsinə (necə deyərlər, «deşik bağırsaq» sindromu) gətirib çıxara bilir. Bu zaman qidanın bir hissəsi və bakteriyalar qan daşıyıcı sistemə nüfuz edir və soyuqlama əmələ gətirir.
İrlandiyalı alimlər yoxlayıblar ki, qidalanmanın köməyi ilə stresin neqativ təsirini zəiflətmək və bu prosesi dayandırmaq olarmı?
Onlar iki qrup laborator siçovulları stress şəraitinə yerləşdiriblər və onlardan birinin rasionuna kletçatka ilə zəngin ərzaqlar - tərəvəz, paxlalı və dənəli qidalar əlavə ediblər. Kletçatka yoğun bağırsaqda qısa zəncirli yağ turşularının (SCFA) istehsalını stimullaşdırır. Belə turşular bakteriyalarla mübarizə aparırlar.
Nəticədə, SCFA ilə yemlənmiş siçovullarda həzm poosesinin işi yaxşılaşıb və onlar bütün davranış testlərini uğurla keçiblər, həyəcanın səviyyəsi isə aşığı düşüb.
Alimlərin izahına görə, bu, sübut edir ki, rasiona kletçatka əlavə olunması gerçəkdən də stresin təsirini zəiflədir. Amma burası da var ki, bu təzahürün təbiəti hələlik axıra qədər öyrənilməyib.


Şərhlər