Sosial şəbəkələrdə Rusiyanın Voloqda şəhərində 1 yaşlı oğlanın özəl bağçadan qaçmasının görüntüləri yayılıb.
«Voloqda.rf» portalının yaydığı videodan göründüyü kimi, əynində yalnız “pampers” olan uşaq nəzarətsizlikdən istifadə edərək, bağçanı tərk edir. Bundan sonra oğlanın təxminən 10 dəqiqə məhəllədə dolaşdığı və xoşbəxtlikdən intensiv hərəkət olan avtomobil yoluna çıxmadığı bildirilir. Məhəllələri gəzib-dolaşan “səyyah” yaşlı bir qadının diqqətini cəlb edib.
Oğlanın macəralarına son qoyan qadın onu yaxınlıqdakı başqa bir uşaq bağçasına gətirib. Buradan da uşağın qaçdığı bağça ilə əlaqə yaradaraq, onu geri qaytarıblar. Lakin onun valideynləri bildirirlər ki, uşağın axtarışı ilə bağlı bağça rəhbərliyi heç bir addım atmayıb.Valideynlər bu insidentlə əlaqədar prokurorluğa müraciət ediblər və prokurorluq sözügedən bağçada araşdırmaya başlayıb. Artıq bir neçə cavabdehin işdən azad edildiyi bildirilir.


Şərhlər