Menu

Bakıda 25 yaşlı gəlin itkin düşüb

06.08.2018, 13:33
Bakıda 25 yaşlı gəlin itkin düşüb

Bakıda 25 yaşlı gəlin naməlum şəraitdə itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə rayonun Bahar qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Abbasov Bəxtiyar Rizvan oğlu məlumat verib.

O bildirib ki, iyulun 26-da həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abbasova Nabat Əli qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol