Menu

Mehman Hüseynov müvəqqəti azadlıqda - YENİLƏNİB

06.08.2018, 17:50
Mehman Hüseynov müvəqqəti azadlıqda - YENİLƏNİB

Həbsdə olan bloqqer Mehman Hüseynova ötən gecə vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etməyə icazə verilib.

Bunu "Report"a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub.

M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Xatırladaq ki, Nəsimi rayon Polis idarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib.

***

Həbsdə olan bloqqer Mehman Hüseynov anasının dəfn mərasiminə buraxılacaq.

"AzPolitika" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, qeyd edib ki, Mehman Hüseynovun azad edilməsi barədə qərar bir neçə gün öncə Mətbuat Şurasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyinə müraciətindən sonra qəbul edilib.

 

Şərhlər

X 2018-08-06 17:50:17

Nece adam oldurb? Bu haqsiligi Alah goturmez

Serlok Holms 2018-08-06 17:50:17

Daldan Atilan Das, Topuqa Deyer!!!! Indi hec buraxmaq lazim deyil!!!! Zalimler! Yadda Saxlayin: ------ Bu Dunyada Her Sey Bumiranqdir!

Kamal 2018-08-06 17:50:17

Allah rəhmət eləsin. Bu uşağı buraxmaq lazım idi qoca anası onu görsün. Biz azərbaycanlıq, yezid deyilik. Allah götürməz, qorxmaq lazımdır. Bura da od tutub yanacaq belə namərdliklərə görə. Ancaq dinsiz imansızlar belə edər. İnsan olan kəs kim olur olsun Allahı yaddan çıxarmamalıdır. Böyük Allahımızın qarşısında günlərin birində hər kəs öz etdiklərinə görə cavab verməli olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol