Menu

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb - VİDEO

06.08.2018, 18:51
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, ötən həftə Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.

Döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr həyəcan siqnalı ilə məşq etdirilib. Şəxsi heyətin praktiki vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlərin keçirilməsinə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol