General-mayor Şərif Əsədullayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib: “Bu məlumat həqiqətə uyğun deyil. Hazırda təqaüddəyəm, heç bir işlə məşğul deyiləm. Sadəcə elmi və yaradıcı fəaliyyətlə məşğul oluram”.
* * *
Daxili İşlər Naziri (DİN) Ramil Usubov özünə yeni müşavir təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.
Məsələ ilə bağlı xəbəri DİN-dən Unikal.org-a təsdiqləyiblər.



Şərhlər