Menu

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

07.08.2018, 19:49
Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol