Menu

İspaniya HHQ-in qırıcısı Estoniyada səhvən döyüş raketi buraxıb

08.08.2018, 00:40
İspaniya HHQ-in qırıcısı Estoniyada səhvən döyüş raketi buraxıb

NATO missiyasının tərkibinə daxil olan İspaniya HHQ-in "Eurofighter" qırıcısı səhvə yol verib.

Trend-in İnterfaks-a istinadla verdiyi məlumata əsasən, qırıcı səhvən Estoniyanın hava məkanında "hava-hava"sinfindən olan "AMRAAM" döyüş raketini buraxıb.

Raketin uçuş trayektoriyası, statusu və mövqeyi məlum deyil. Hadisə yerli vaxtla 15:44-də baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol