Menu

Türkiyə nümayəndə heyəti ABŞ-a gedəcək - Sanksiyalar barədə danışmaq üçün

08.08.2018, 11:59
Türkiyə nümayəndə heyəti ABŞ-a gedəcək  - Sanksiyalar barədə danışmaq üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Xarici işlər, Ədliyyə və Maiyyə nazirliklərinin nümayəndələri Vaşinqtona iki günlük səfər edəcəklər.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) xəbər verib ki, 9 nəfərlik nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Onal başçılıq edəcək. Xəbəri «RİA Novosti» agentliyi yayıb.

Danışıqların mövzusu Türkiyənin xarici işlər, ədliyyə və maliyyə nazirlərinə qarşı Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən qoyulmuş sanksiyalar olacaq. Ötən həftə qoyulmuş bu sanksiylar amerikalı pastor (katolik keşişi) Endriyü Bransonun Türkiyədə saxlanmasına bir cavabdır.

Bundan əvvəl, KİV-lər xəbər vermişdilər ki, Ankara və Vaşinqton sözügedən sanksiyalarla bağlı ilkin razılığa gəliblər və iki ölkə arasında yaranmış problemin diaplomatik münasibətlər çərçivəsində həll edilməsinə hazır olduqlarını bəyan ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol