Menu

Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

08.08.2018, 12:28
Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor”a keçidi rəsmiləşib.

“Report” xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb. O, bolqarıstanlı Daniel Dimovla birlikdə ictimaiyyətə təqdim olunub. İmza mərasimində fikirlərini bölüşən Budak keçidindən məmnunluğunu ifadə edib: “Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Çox yaxşı dostluq mühiti var. Bu həftə ilk matçımızı oynayacağıq. Yaxşı başlayıb, məqdədimizə nail olmaq istəyirik”.

“Boluspor” avqustun 11-də I tur çərçivəsində “Osmanlıspor”u qəbul edəcək.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol