Menu

Bəşər Əsədin arvadında xərçəng tapıldı

08.08.2018, 18:47
Bəşər Əsədin arvadında xərçəng tapıldı

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Suriya prezidentinin dəftərxanası ölkənin birinci xanımının xərçəng xəstəliyinə tutulması barədə məlumat yayıb. Məlumatda deyilir ki, Əsma Əsəddə süd vəzisinin bədxassəli şişi aşkar olunub.

Artıq prezidentin həyat yoldaşının paytaxtdakı xəstəxanaların birinə yerləşdirildiyi bildirilir. Xəstəxanadan yayımlanan fotolarda Bəşər Əsədin palatada müalicə alan həyat yoldaşına baş çəkdiyi görüntülənib.

Rəsmi məlumatda Əsma Əsədin xəstəliyinin ilkin mərhələdə aşkarlandığı vurğulanır və birinci xanıma tezliklə şəfa tapması arzu edilir.

Xatırladaq ki, Əsma Əsədin 42 yaşı var. Suriyanın hazırkı prezidenti onunla 2001-ci ildə ailə həyatı qurub. Ailənin iki oğul və bir qız övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol