Menu

Kürdə batan 21 yaşlı gəncin meyiti tapılıb

08.08.2018, 19:18
Kürdə batan 21 yaşlı gəncin meyiti tapılıb

Kür çayının Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Məmmədov Məzahir Qabil oğlu batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu M.Məmmədovun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol