Menu

Zakir Həsənov Murovdağ şəhidlərinə abidə qoydurdu

30.07.2014, 12:35

Zakir HNazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri. general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi vətənpərvərlik həftəsi çərçivəsində Göygöl rayonu ərazisində Murovdağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb.

Şəhid ailələri bu təşəbbüsünə görə Müdafiə Nazirliyinin ünvanına xeyli minnətdarlıq məktubları göndəriblər.

Şəhid zabit, leytenant Böyükzadə Elşən Böyük oğlunun atası məktubunda oğlunun 1994-cü il fevral ayının 11-də Kəlbəcər rayonunun azad olunması uğrunda döyüşlərdə Yanşuq kəndində düşmən gülləsinə tuş gələrək həlak olduğunu və cəsədi təhvil verilmədiyi üçün məzarı olmadığını bildirib: "20 ildən artıqdır ki, oğlum Elşənin yad edilməsi üçün hara gedək, bilmirdik. İndi Göygöl rayonunun Toğana yaşayış məntəqəsində Kəlbəcər şəhidlərinə qoyulan abidə artıq biz valideynlərin nigarançılığına son qoydu və biz lazım gəldikdə təsəlli tapmağa abidəni ziyarət edə bilərik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol