Menu

"Səbail" klubu Meksika yığmasının sabiq futbolçusunu heyətinə qatıb - FOTO

08.08.2018, 20:02
"Səbail" klubu Meksika yığmasının sabiq futbolçusunu heyətinə qatıb  - FOTO

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir əcnəbi futbolçunun transferini reallaşdırıb.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu heyətinə qatıb.

Qeyd edək ki, Edqar Paçeko son olaraq Kiprin "Ermis" komandasında çıxış edib. O, 2011-ci ildə Meksika çempionatının, 2014-cü ildə isə ölkə kubokunun qalibi olub. Paçeko həmçinin Meksika yığmasının da formasını geyinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol