Menu

Şamaxıdakı yanğına görə iki nəfər saxlanıldı

10.08.2018, 12:17
Şamaxıdakı yanğına görə iki nəfər saxlanıldı

Şamaxıdakı yanğına görə iki nəfər saxlanılıb.

DİN-dən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.

Qeyd edək ki, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol