Menu

"Lester"in hücumçusu "Fənərbağça"da

10.08.2018, 22:50
"Lester"in hücumçusu "Fənərbağça"da

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Lester"in hücumçusu İslam Slimanini icarəyə götürüb. Əlcəzairli forvardın bu gün Türkiyəyə gedib yeni klubu ilə 1 illik müqavilə imzalayacağı gözlənilir. 30 yaşlı futbolçunun "sarı-lacivərdlilər"də illik 4,5 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, Slimani ötən mövsümün yarısını icarə əsasında "Nyukasl"da keçirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol