Menu

"Yuventus"un futbolçusu Ronaldonun məsləhəti ilə klubunu dəyişib

11.08.2018, 00:10
"Yuventus"un futbolçusu Ronaldonun məsləhəti ilə klubunu dəyişib

İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.

"Report" “Tuttosport”a istinadla xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçinin agenti məlumat verib. O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək.

Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib və “Yuventus”dakı komanda yoldaşı – portuqaliyalı Kriştiano Ronaldonun məsləhətinə güvənərək "Sportinq"ə keçib.

Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldo isə “Sportinq”in yetirməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol