Çin polisi Sintszyan-Uyğur Muxtar Rayonu onlarla uyğur türkünü öldürüb.
Bu barədə AzVision.az “BBC” yə istinadən xəbər verir.
Məlumata əsasən iyulun 28-də muxtar vilayətinin iki şəhərində iğtişaşlar başlayıb.
Çin hüquq-mühafizə orqanlarının hesabatında ölən və yaralanan uyğur türklərinin sayı dəqiq göstərilmir. Ümumdünya Uyğur Konqressində bildirilib ki, qarşıdurma nəticəsində 20-dən çox uyğur güllələnib, 10 nəfər isə yaralanıb. Daha 67 nəfər isə polis tərəfindən saxlanılıb.


Şərhlər