Menu

Narkotik vasitəni gömrükdən gizlətmək cəhdi baş tutmadı

11.08.2018, 14:51
Narkotik vasitəni gömrükdən gizlətmək cəhdi baş tutmadı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşın bədən boşluğunda 5 ədəd bükümdə cəmi 198 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və aşkar olunan 198 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 7,92 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol