Menu

Ermənistanda keçmiş baş nazirin qardaşı həbs edilib

11.08.2018, 17:45
Ermənistanda keçmiş baş nazirin qardaşı həbs edilib

Yerevan məhkəməsi Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın qardaşı Conik Abraamyanın həbs edilməsi barədə qərar çıxarıb.

"Report" TASS-a istinadən xəbər verir ki, C.Abraamyanın barəsində iri həcmdə silah-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasına dair ittiham irəli sürülüb.

Məhkəmə C.Abraamyanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib, araşdırma aparılır.

Qeyd edək ki, C.Abraamyan 2008-ci il martın 1-də müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində günahlandırılır.

Xatırladaq ki, O.Abraamyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol