Bu gün Bakı küçələrindən birində avtomobil süpürgəçi qadını vuraraq öldürüb.
Virtualaz.org xəbər verir ki, bu artıq yeddinci yaşlı süpürgəçi qadındır ki, paytaxtın kommunal xidmətləri səhər tezdən onları ölümə yollayırlar.
Bu mövzuya saytımız bir neçə məqalə həsr edib. Doğrudanmı, küçələri təmizləmək üçün sivil ölkələrdə olduğu kimi xüsusi maşınlar, texnika almaq belə çətindir? Yaşlı insanları avtomobillərin minimal sürətinin saatda 80 kilometr olduğu avtomagistrallara necə göndərmək olar?
Qeyd edək ki, şəhər rəhbərliyi bu problemi qulaqardına vurmaqda davam edir və Bakı küçələrində süpürgəçi qadınların ölüm hallarının bu cür tezləşməsinə heç bir reaksiya vermir.


Şərhlər
Bunun qarşısını almaq üçün o süpürgəşçiləri magistral yollara müdirləri ilə birgə çıxartmaq lazımdır.Onda işçinin hüququnu yaxşı qoruyarlar.Həm də Hacıbaladan qalma iyrənc iş metodlarını dayandırıb,mədəni və səliqəli formalara keçmək gərəkdir.Məgər bu işi gördürənlər bilmirlər ki,süpürülən sahə,ən azı 200 metr irəlidən xəbərdarlıq və məhdudlaşdırıcı maneələrlə təmin olunmalıdır?Onda əxlaqsız sürücü fəhləni yox,özünü riskə atar.