Menu

Avtomobil piyadanı vuraraq öldürüb

13.08.2018, 11:38
Avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.

Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol