Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-a müsahibəsində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı mediada səslənən təkliflərə münasibət bildirib. Sabiq nazirlə qısa müsahibəni təqdim edirik:
- Azərbaycanda bir sıra rəsmi şəxslər ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasının vaxtının çatması ilə bağlı bəyanatlar verirlər. Necə qarşılayırsınız, bu, nə qədər real ola bilər?
- Hesab edirəm ki, bu, siyasi reallıqdan uzaq təkliflərdir. Mən də onları oxumuşam. Problem nədən ibarətdir? Biz hamımız başa düşürük ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi, daha doğrusu bəzi dairələrin mövqeyi gətirib ona çıxarıb ki, bu münaqişə həll olunmur. Rusiya təhlükəsizlik çətiri imkan verir ki, Ermənistan danışıqlarda çox radikal mövqedən çıxış etsin. Faktiki olaraq, danışıqlarda irəliləyişə imkan vermir. Yenə təkrar etmək istəyirəm ki, Ermənistanın radikal mövqedən çıxış etməsinin əsas səbəbi ondan ibarətdir ki, təhlükəsizlik çətiri Rusiya tərəfindən verilir və bu da işğalçının öz qüvvələrinə daha da arxayın olmasına imkan yaradır. Yəni, bu şəraitdə, Ermənistanla bir hərbi təşkilatda olmaq qeyri-mümkündür. İkincisi, əgər Azərbaycanın Rusiya ilə təhlükəsizlik və müdafiə məsələlərində daha sıx əməkdaşlıq etməsindən söhbət gedirsə, Rusiya bu məsələlərdə öz mövqeyini kardinal şəkildə dəyişməlidir. Rusiya həm də bunu açıq bəyan etməlidir.
- Azərbaycan həm Qoşulmama Hərəkatının üzvüdür, həm NATO ilə əməkdaşlıq edir, həm də Türkiyə ilə strateji müttəfiqlik, o cümlədən hərbi müttəfiqlik edir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq və yaxud münasibətləri yumşaltmaqla bağlı bəyanatlar verir. Bunun əsası nədir?
- Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. Amma əməkdaşlıq etmək mümkündür. Ələlxüsus Azərbaycanın maraqlarına cavab verən sahələrdə əməkdaşlıq mümkündür. Hərbi əməkdaşlıq mövcuddur. Rusiya ilə hərbi əməkdaşlıq həm ikitərəfli münasibətlərdə, həm də təşkilata üzv dövlətlərlə çoxtərəfli münasibətlərdə özünü büruzə verir. Təşkilatın üzvü olan Belarus və Qazaxıstan Azərbaycanla müdafiə məsələlərində çox aktiv əməkdaşlıq edirlər. Bu baxımdan əməkdaşlığın güclənməsinin tərəfdarıyam. Amma yenə də deyirəm, bəzi məsələlər var ki, onlar həll edilmədən əməkdaşlığın inkişafı mümkün deyil.
- Necə hesab edirsiniz, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa Qarabağ münaqişəsi öz həllini tapa bilərmi? Qarabağ münaqişəsinin həlli Qərbdən, yoxsa Rusiyadan asılıdır?
- Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra baxıla bilər. İkincisi, Azərbaycanda müxtəlif siyasi qüvvələr mövcuddur, onların müxtəlif siyasi prioritetləri var. Bu baxımdan bu fikirlərin səslənməsi geniş siyasi spektrə malik olan bir siyasi mühiti əks etdirir. Bu bəyanatların faydası ondan ibarətdir ki, bir növ perspektivi göstərir ki, əgər əks tərəf bizə qarşı hansısa pozitiv addımlar atsa biz bu məsələləri nəzərdən keçirə bilərik.

Şərhlər
Mən, sabiq nazirin fikirləri ilə tam raziyam.Düşünürəm ki,bu ideyanın ictimaiyytə açıqlanması dövlətimizə rusiyanın etdiyi təziqlərin nəticəsidir.Təsadüfi deyildir ki, bu yaxınlarda prezidentin köməkçisi Əli Həsənov hətta Azərbaycanın neft və qaz ehtiyatlarindan əvəzsiz pay tələb etdiklərinidə xalqımıza çatdırmısdı.Amma düşünürəm ki , hörmətli prizidentimiz və xalqımız bu təziqlərə davam gətirib bu ittifaqa qoşulmayacaqdır .
Bir sıra şexsler xalqın adından qerar vere bilmez.Onlar satqınlardı.
Qarabagın azad edilməsi şüarı ilə уaradılmış müsтəqil hakimiууəтin ərazi-iqтisadi və siуasi-hüquqi saтqınlıgı azmış kimi, hələ bir Azərbaуcan, vəтəndaşlarının azad seçiminə gorə canlarına, mülklərinə qəsd edənlərlə bir hərbi bloka-Kollekiv Тəhlükəsizlik Müqaviləsinə də qoşulsun??? Buna уalnız büтün erməni-rus hərbi qüvvvələrinin və işgalçı subуekт-Daglıq Qarabag ermənilərinin Azərbaуcanı тərk eтməsi mülaуim şəraiт уarada bilər. Bu isə gozlənilməz və mümkünsüz hərbi-siуasi-hüquqi gedişlərdir!
Mənasız şərh
Azərbaycan114 üzvündən biridir.Ölkə ərazisində xarici orduya ehtiyac yoxdur.Hələ qırmızı ordunun 1990ildə20 yavarda və 366-cı bataliyonun Xocalıda törətdiyi vəşilik unudulmayıb heç zamanda unudulmayacaq.Yalnız əməkdaşlıqdan silah alverindən(zayolsada)söhbət gedə bilər.kimsə hansısa partiya ölkəni müstəmləkəyə cevirə bilməz,mustəqillik uğrunda minlərlə insan ölub,bu korrubsiya öz başınalıq müvəqətidir,o şimaldan gələn bəladır,məqsəd millət özünə nifrət etsin11-cıordunuçağırsn