Menu

Türkiyədə fəaliyyətini dayandıran şirkətlərin sayı iyulda kəskin artıb

17.08.2018, 12:11
Türkiyədə fəaliyyətini dayandıran şirkətlərin sayı iyulda kəskin artıb

Bu ilin iyul ayında Türkiyədə fəaliyyəti dayandırmış şirkətlərin sayı iyun ayı ilə müqayisədə 32,9% çox, ötən ilin iyul ayına nisbətən 13,2% az olub.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu rəqəmləri Türkiyənin ticarət palatalarl və birjalar birliyi açıqlayıb.

Qurm həmçinin bəyan edib ki, iyulda ölkədə yeni açılmış şirkətlərin sayı iyunla müqayisədə 2,2%, 1 il əvvələ nisbətən isə 30,8% çox olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol