Menu

Rusiyada avtobus yük maşını ilə toqquşub - Ölənlər və yaralananlar var

19.08.2018, 11:22
Rusiyada avtobus yük maşını ilə toqquşub - Ölənlər və yaralananlar var

Rusiyanın Stavropol diyarında sərnişin avtobusu yük maşını ilə toqquşub.Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları yaxınlıqdakə xəstəxanalara çatdırıblar. Onlardan 8-i ağır və orta, 7-si isə yüngül xəsarətlər alıb.

Məlumata əsasən, avtobus Tbilisi-Krasnodar reysini həyata keçirirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol