Elçibəyi fahişələrə məxsus üslubda təhqir edənlər...

Fazil MUSTAFA

Azərbaycan türkləri ilə iç-içə, canı-qəlbi, məişəti, tarixi ən yaxın olan, ətlə dırnaq qədər bir-birinə bağlı olan əsas xalqlardan biri məhz talış xalqıdır.

Siyasi natamamlıq, etnik küstahlıq motivləri ilə kimlərsə bəzən bu xalq haqqında incidəcək ifadələr işlədibsə, bunu heç vaxt türklərin talışlara münasibəti kimi qələmə vermək doğru deyil. Həqiqətən talışlar Azərbaycanın ən dəyərli etnik sərvətidir və kimlərsə başqa yerlərdən idarə olunan siyasi konspektlərlə hansısa ayrılıq toxumları səpməyə çalışsalar da, sağduyulu türklər və talışlar birlikdə bu ləyaqətsiz addımların qarşısını almağı bacaracaqlar. Çünki Azərbaycanın gələcəyi, bütövlüyü məhz bu birliyin qorunmasından keçir. Bu ayrılığı Rusiyada da, Avropa məkanında da salmağa çalışırlar və bəzən də nail olurlar. Ona görə də hər iki xalqın təmsilçiləri bir-birinə qarşı ehtiyatsız fikirlər səsləndirməkdən çəkinməli, bir ölkənin bərabərhüquqlu vətəndaşları kimi problemləri mədəni şəkildə çözməlidirlər.

Xaricdə yaşayan bir neçə ayrılıqçı düşüncəyə sahib insanlar var ki, məhz talış xalqını qarşıdurmaya sövq etmək üçün ən çirkin üsullara əl atırlar.

Əlbəttə, hər bir xalqın mədəni, siyasi, sosial xarakterli müxtəlif problemləri ola bilər və bunları Azərbaycan dövlətinin qanunları çərçivəsində gündəmə gətirmək olduqca zəruridir. Bunların həlli üçün də birlikdə çalışmamız daha çox işin xeyrinə olardı. Ancaq istər türk milliyətçisi mövqeyindən, istərsə talış milliyətçisi mövqeyindən çıxış edərək cəmiyyətə qarşı tərbiyəsizlik nümayiş etdirmək, birbaşa bu şəxslərin özlərini gülünc vəziyyətə qoyur. Diqqət edirəm, Əli İmranov Tolışı adlı həm Azərbaycan dövlətinin, həm də birbaşa talış xalqının düşməni olan şəxs sosial şəbəkədəki paylaşımlarında Məhəmməd Əmin Rəsulzadəni və Əbülfəz Elçibəyi fahişələrə məxsus üslubda təhqir edir, ünvanlarına söyüş yağdırır və hiss olunur ki, birbaşa milli ədavəti körükləmək tapşırığını yerinə yetirir. Məqsəd aydındır, bu şəxsin hansı konspektdən istifadə etdiyi bəllidir. Bu cür yaramazların cavabını yalnız bu dövlətin təəssübünü çəkən vətəndaşlar verməməlidir, həm də öz xalqını və bu dövləti sevən ləyaqətli talış ziyalıları verməlidirlər. Ən azı deməlidirlər ki, ay Tolışı ləqəbindən istifadə edən ləyaqətsiz, talışların sosial, mədəni problemlərini qaldırmaq niyyəti ilə Azərbaycan dövlətinin qurucuları barədə təhqiramiz fikirlər qətiyyən bir araya sığmır, bu qızışdırıcılığın ən böyük ziyanı da məhz talış xalqına dəyir.

Mənim onlarla talış dostum var, hamısı etiraf edir ki, 1993-cü ildə Əlikram Hümbətovun o zamankı Rusiya və İran kəşfiyyatının maraqlarını qabardan təxribatçı hərəkətləri qədər talış xalqına tarixdə ikinci belə zərbə vurulmayıb. Bu səbəbdən də Azərbaycan dövlətini sevən, onun gələcəyini düşünən hər kəs bu məmləkətdə türklərlə başqa xalqların, özəlliklə də talışların dostluğunun möhkəmləndirilməsi üçün öz töhfəsini verməlidir. Separatçı düşüncəyə qarşı isə birlikdə və qətiyyətlə çıxış etməliyik.

635x100

Şərhlər

Etibar Savalan 2018-08-19 15:32:16

Fazil bəy fikirlərinizlə tamamilə razıyam və mən də hesab edirəm ki, heç kimin hüququ yoxdur ki, bu gün iki xalqın arasında ayrı-seçkilik yaratsın. İstər Məmməd Əmin Rəsulzadə, istər Əbulfəz Elçbəy Azərbaycanımızın fəxriləridir və hamımızın ortaq dəyərləridir. Onlara sayqı göstərmək, hörmət bəsləmək bir insanlıq borcudur. Qaldı ki, Tolişı ləqəbindən istifadə edən hansısa avaranın söyüş, təhqir yazması, onun öz səviyyəsini nümayiş etdirdiyini göstərir. Belələri heç vaxt Talış xalqını təmsil edə bilməzlər...

taliw-turk 2018-08-19 15:32:16

ay millet ne taliw ne turk?? indi menim anam turkdur atam taliw ne etemeliyem men??? her ikisi azerbaycanlidir,ama dovlet ve hakimyet balansi saxlamali her ikisine eyni munasibet beslemelidr, burda sohbet hansisa taliw ehmedden ve ya turk memmedden getmir, hemen xalqlarin istediyi milli-medeni huquqlari vermelidir ki rus, ermeni ve s bundan istifade edib arani qiziwdirmasin, axi niye lenkeranda meselen taliw.tv acmaqa qoymurlar ki ermeni wuwada rus moskvada acib, ad qoyub azadliq ve arani qiziwdirir her gun

Zamin 2018-08-19 15:32:16

Çox gözel bu dostluqa mende sevinerdim

t.ədalət 2018-08-19 15:32:16

M.Ə.Rəsulzadə ilə Əbülfəz Əliyevi eyniləşdirmək doğru deyil.Ə.Əliyevin missiyası Heydər Əliyevin hakimiyyətə dönüşü ilə başlayır və bitir.Talış məsələsini körükləyən isə Ruysiyadır.Sankt-Peterburqda talışlar üçün bir mərkəz yaradılıb.Həmin "mərkəzə" toplaşanlar özlərinin bir dərgisini də çıxarırlar.Heç bir xalqın yaşadığı dövlətin əleyhinə mübarizə aparmaq ixtiyarı yoxdur.Azərbaycan bir türk dövlətidir.Hakimiyyəti özgə kökənli millətlə doldurmaqla onun varlığını dəyişmək olmaz!

Elxan 2018-08-19 15:32:16

Fazil bey millətini sevən,Azərbaycan ziyalısı adına gözel bir nümunə olan,yuksek intellektli,savadlı bir insandır.Fazil bəyin Əbülfəz Elçibəyə olan dərin hörrmət hissləri də alqışa layiqdir.Amma mən,məndən əvvəl şərh yazmış qardaşımın fikri ilə tam razıyam.Bəli,bu günkü günümüzün əsas səbəbkarı Ə.Əliyevdir və bu azərbaycanın acı rüallığıdır

Son yazılar