Menu

Bakıdakı məşhur barda qanlı dava: ölən var

31.07.2014, 10:00
Bakıdakı məşhur barda qanlı dava: ölən var

Barda 18 yaşlı oğlan öldürülüb

İyulun 31-nə keçən gecə Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu Bülbül küçəsi 25 ünvanında "Corol" barın qarşısında 1996-cı il təvəllüdlü Abdullayev Vüsal İlham oğlu bıçaqlanıb. Naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanmış 18 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol