Menu

Növbəti günlərdə küləyin sürəti zəifləyəcək

20.08.2018, 12:04
Növbəti günlərdə küləyin sürəti zəifləyəcək

"Havanın temperaturu növbəti iki gün ərzində 2-3 dərəcə yüksələcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O xatırladıb ki, bir neçə gündür Azərbaycanda qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunur: "Bu gündən etibarən hava mülayimləşəcək. Növbəti iki gündə küləyin sürəti ötən günlərlə müqayisədə zəifləyəcək. Cənub-şərq küləyi əsəcək. Hava yağmursuz olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol