"Fənərbağça"nın yarımmüdafiəçisi Juliano karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.
Qol.az-ın xəbərinə görə, braziliyalı futbolçu “Al-Nasr” klubuna keçib. Məlumatı Dubay təmsilçisinin rəsmi saytı yayıb. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. “Fənərbağça” Julianonun satışından 10 milyon avro qazanacaq.
Qeyd edək ki, İstanbul klubu braziliyalı futbolçunu ötən mövsüm “Zenit”dən transfer etmişdi.


Şərhlər