Menu

«SVİFT-in analoqu yaradılsın» - Almaniya təklif edir...

22.08.2018, 10:54
«SVİFT-in analoqu yaradılsın»  - Almaniya təklif edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib ki, Avropa İttifaqı (Aİ) öz şirkətlərini Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı sanksiyalarından qorumaq məqsədilə ödəmələr barədə Amerika sisteminin - SVİFT-in müstəqil analoqunu yaratmalıdır.

«Bu vəziyyətdə strateji əhəmiyyətə maikdir ki, biz, Vaşinqtona açıq deyək: Biz, əməkdaşlıq etmək istəyirik. Amma imkan vermərik ki, başımızın üstündən bizim ziyanımıza iş görəsiniz. Ona görə də Avropa şirkətlərini sanksiyalardan hüquq nöqteyi-nəzərindən qorumaq düzgün olardı» - deyə, Maas «Handelsblatt» nəşrinə yazdığı məqalədə bəyan edib.

Nazir hesab edir ki, ABŞ-dan asılı olmayan müstəqil ödəniş kanallarının - Avropa valyuta fondu və SVİFT-in analoq sisteminin köməyi ilə Avropanın muxtarlığını möhkəmlətmək mümkün olacaq.

Onun sözlərinə görə, fəaliyyətdə olan müqavilə (İranla bağlanmış nüvə sazişi nəzərdə tutulur - red.) Yaxın Şərqi təhdid edən partlayış təhlükəli böhrandan yaxşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol