Menu

Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

23.08.2018, 10:44
Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

Böyük Britaniyanın Çeşir qraflığında "Essar Oil UK" şirkətinin neft emalı zavodunda yanğın baş verib.

“Report” BBC-yə istinadən xəbər verir ki, müəssisənin yüzlərlə işçisinin təxliyyə olunduğu bildirilir.

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Xəbərdə qeyd olunur ki, zavodda Böyük Britaniyanın mühərrik yanacağının 16 faizi istehsal olunur.

Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol