Menu

"Dollar əvəzinə türk lirəsindən istifadə edəcəyik"

23.08.2018, 18:45
"Dollar əvəzinə türk lirəsindən istifadə edəcəyik"

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna gələn 10 nəfər suriyalı tayfa başçısı bundan sonra ölkələrində aparacaqları bütün ticarətlərdə dollar əvəzinə türk lirəsindən istifadə edəcəklərini bəyan ediblər.

Hurriyyet.org xəbər verir ki,“Assani” tayfasının başçısı Əmin Əl Assani deyib: “Türkiyənin tərəfindəyik. ABŞ-ın sanksiyalarını qınayırıq. Biz suriyalı tayfa liderləri Suriyada aparılacaq bütün ticarətlərdə dollar əvəzinə türk lirəsindən istifadə eləməyi qərara almışıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol