«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Lujnikidə (Moskva) son illər kriminal dünyanın («qanuni oğruların») növbəti ən böyük «toplantı»sı keçirilib və tədbirdə rus mafiyasının ümumdünya «obşak»ı seçilib. Bu məqamın daşıyıcısı həm də «bütün bosların bosu» sayılır.

Bu «yer» bundan əvvəlki «qanuni oğru № 1» Zaxari Kalaşovun (Şakro molodoy) uzunmüddətli həbsindən sonra vakant olmuşdu.

Gözlənildiyi kimi, yeni «boslar bosu» postuna yekdilliklə Oleq Şişkanov (Şişkan) seçilib.

«Rosbalt» agentiyinin məlumatına görə, sözügedən tədbir «qanunçu» Mixail Voyevodin (Mixail Lujnetski) tərəfindən təşkil olunub və onun nəzarəti altında olan restoranlardan birində (Lujniki ərazisində) keçirilib.

Toplantıda aşağıdakı mafiozilər iştirak ediblər: Vasili Xristoforov (Vasya Voskres), Dmitri Çanturiya (Miron), Oleq Şişkanov (Şişkan), Mixail Voyevodin (Mişa Lujnetski), Aleksey Petrov (Petrik), Sergey Aksyonov (Aksen), Badri Koquaşvili (Badri Kutaisski), Kaxaber Parpaliya (Kaxa), ElqucaTurkadze (Quca Kutaisski), Merab Qoqiya (Meliya).

Tədbirə qatılmamış digər tanınmış qanqsterlərə gəlincə, bu məsələdə onların mövqeyi bəllidir. Eduard Asatryan (Edik Asetrina) tədbirdə iştirak etməsə də, dərhal «qanuni oğru №1» barədə ona məlumat verilib və qanqster heç bir etiraz bildirməyib. Merab Canqveladze də narazılıq bildirməyib. Laşa Şuşanaşvili klanı da Şişkana qarşı çıxmayıb. Kalaşovun özü tərəfindən də etiraz olmayacağı gözlənilir (hazırda onun ətraf mühitlə əlaqəsi kəsilib). Nədən ki, Şakronun qohumları - «qanunçular» Nodar Asoyanın (Nodar Rustavski) və Şalva Ozmanovun (Kusa) Şişkanla normal «işgüzar» münasibətləri qurulub.

Lotu Quliyə gəlincə, o, çoxdan mövqeyini öz ətrafına bildirib və indi də bu mövqeyində qalır: «Bizə kral («qanuni oğru №1) lazım deyil».

Beləliklə, oğru «taxtı»nda yezid-kürdlərin çoxillik hegemonluğuna son qoyulmuş olub. Bu postda indiyə qədər məhz yezidlərin nümayəndəsi Aslan Usoyanın (Ded Xasan) klanı - onun özü, sonra isə Zaxariy Kalaşov oturmuşdu.