Menu

Prezident stolüstü tennis yığmasının baş məşqçisini təltif edib

24.08.2018, 19:20
Prezident stolüstü tennis yığmasının baş məşqçisini təltif edib

Prezident İlham Əliyev Mixail Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Mixail Valeryeviç Timofeyev “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, M.Timofeyev 2009-cu ildən Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının baş məşqçisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol