Afrika sahillərində gürcü dənizçiləri ilə birgə yoxa çıxan tanker tapılıb

Avqustun 14-də Afrikanın qərb sahillərində yoxa çıxan və göyərtəsində 17 Gürcüstan vətəndaşının olduğu neft tankerinin yeri müəyyənləşib. Gəmi hazırda Toqo Respublikasının Lome limanına hərəkət edir.

Qeyd edək ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 2 Rusiya vətəndaşının da olduğu bildirilir.

Məlumata görə, hazırda dənizçilərin sağlamlığı və həyatı təhlükə altında deyil, vəziyyətləri qənaətbəxşdir. Axtarış-xilasetmə işləri sahilyanı ölkələrlə əlaqəli şəkildə aparılır.

Gürcüstan Xarici İşlər Nazirliyi dənizçilərin axtarışı və xilas edilməsi missiyası tam başa çatdıqdan sonra daha ətraflı məlumat veriləcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar