İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kermanşah şəhərinin 87,8 km-də qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.


Şərhlər