Menu

Çində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib

26.08.2018, 12:33
Çində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib

Çinin Xarbin şəhərində yanğın nəticəsində 19 nəfərin öldüyü otelin sahibi həbs edilib.Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsindən bildiriblər.

Polis idarəsinin yaydığı məlumatda deyilir: "Hazırda yanğın baş verən mehmanxananın hüquqi nümayəndəsi - Çjan soyadlı 46 yaşlı kişi - səhlənkarlıq üzrə cinayət törətməkdə şübhəli bilinərək həbs olunub. İstintaq davam edir".

Qeyd edək ki, mehmanxanada baş verən yanğın nəticəsində 19 nəfər həlak olbu, 23 nəfər isə xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol