Menu

İctimai xadim Şəmsəddin Əliyevə

26.08.2018, 13:09
İctimai xadim Şəmsəddin Əliyevə

Əziz dostum, Şəmsəddin!

Bu gün biz sənin - 70 illik yubileyinə, Əliyevlər nəslinin və yaxın dostlarının əsl fiestasına toplaşmışıq.

Sən böyük, həm də enişli-yoxuşlu bir həyat yolu keçmisən. Qədim yunanlar deyirdilər ki, “Yol ox şəklində çəkilməməlidir, ətraf mənzərəyə uyğun olmaqla, enməli, qalxmalıdır”. İnsan da təbiətin bir hissəsi olduğundan ondan uzaqlaşa bilmir. Lakin sən hər an, çətin sınaqlar dövründə də şəxsiyyətinin bütövlüyünü, prinsiplərini, sarsılmazlığını qoruyub saxlamısan.

Səndə olan həvəs, enerji, ehtiras adamı heyran qoyur, ruhundan çıxan işıq və hərarət daim dostlara ünvanlanmışdır. Sənin timsalında dialektikanın qanunu da pozulur, yaş kəmiyyəti heç də keyfiyyətə keçmir. Əvvəlki tək ruhən cavansan, çoxlarına nümünə ola bilərsən.

Bir fərqləndirici xüsusiyyətini də qeyd etmək istərdim. Harada olursansa orada doğmalaşırsan, hörmət və nüfuz sahibinə çevrilirsən, səndə həm də gizlətməyə çalışdığın liderlik xüsusiyyətləri vardır.

Gözəl ailə başçısısan, yaxşı övladlar böyütmüsən, indi qayğını nəvələrə ötürmüsən. Bir sözlə, səndə həsəd aparılası keyfiyyətlər çoxdur və onlardan təkcə yaxınların deyil, həm də bütövlükdə cəmiyyət faydalanır.

Sən qocalığa, ahıllığa deyil, daha da kamilliyə, saflaşmağa doğru addımlayırsan. Qoy bu səfər uzun və əvvəlkilərdən daha şərəfli olsun.

Səmimiyyətlə: Telman müəllim

25.08.18

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol