Menu

Qazaxda iki avtomobil qəzası baş verib, yaralananlar var

27.08.2018, 00:17
Qazaxda iki avtomobil qəzası baş verib, yaralananlar var

Qazax rayonunda xəsarətlə nəticələnən 2 avtomobil qəzası baş verib."Report"un Qərb bürosunun məlumatına görə, ilk hadisə Kosalar kəndi yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində bir sərnişin xəsarət alıb.

Digər hadisə isə Qazax şəhərində "Avtovağzal"ın önündə baş verib. Burada da 2 avtomobil toqquşub və 1965-ci il təvəllüdlü İlham Abdullayev xəsarət alıb. Hər iki qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisələrlə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol